Qadin.NET / Bakı Olimpiya Stadionunda toy

Bakı Olimpiya Stadionunda toy

Bakı Olimpiya Stadionunda toy
“Bakı 2015” İlk Avropa Oyunları zamanı istifadəyə verilən Bakı Olimpiya Stadionunda futbol oyunlarından başqa toy şənlikləri də keçirmək mümkün olacaq. 
ANS PRESS-in məlumatına görə, bu barədə Stadionun rəsmi saytında elan yerləşdirilib. 
Bu vaxta qədər hələlik mərasim keçirilməsə də, artıq sifarişlər var. Martın 19-da BOS-da ilk toy olacağı bildirilir. Qeyd edək ki, stadionun 68 min oturacaq yeri var.
Bakı Olimpiya Stadionunda toy
Qeyd edək ki, stadionun təməli 2011-ci il iyunun 6-da qoyulub. Martın 18-də isə Bakı Olimpiya Stadionunun açılışı olub.Stadionunun layihələndirilməsi ilə bağlı ilkin işlərə isə 2008-ci ildən başlanıb.

Bakı Olimpiya Stadionunun hündürlüyü 60 metrdir. Stadion 6 mərtəbəli və tam qapalı məkan olacaq. Stadionun ümumi ərazisi 32 hektar, onun örtülü hissəsi 300 min kv.m ərazidə yerləşir. Olimpiya stadionu Bakıda Böyük şor gölü ərazisində inşa edilib.
Bakı Olimpiya stadionu Qafqazda ən böyük stadiondur. İndiyədək Azərbaycanın ən böyük stadionu 37 min tamaşaçı tutumu olan Tofiq Bəhramov adına stadion sayılırdı.

Mənbə: ANS PRESS

6 fevral 2016
GO BACK