Milli.Az bildirir ki, bu sözləri ANS PRESS-ə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib. Onun sözlərinə görə, tikinti işlərinə hələ ki, başlanılmayıb: "İqtisadi cəhətdən imkan yaranan kimi layihənin icrasına başlanılacaq".Nazirlik rəsmisinin sözlərinə görə, yeni zoopark Abşeron rayonunun Ceyranbatan qəsəbəsindədir. Yeni yaradılacaq zoopark 55 hektar ərazini əhatə edəcək. Park Bakıdan 25 km aralıda yerləşəcək.
Mənbə: Milli.Az