Şəhid sosial şəbəkədə son paylaşımını yanvar ayının 31-də edib. O, müntəzəm olaraq təxris olunmağa neçə gün qalması, sevgilisi üçün darıxması barədə paylaşımlar edib. Yanvar ayının 30-da o "son 60 gün" yazaraq paylaşım edib.
Türkiyənin Bursa şəhərində yaşayıb, orta məktəbi də adıçəkilən şəhərdə bitirən İmran iki bacının tək qardaşı olub. Onun şəhid düşməsi barədə xəbər Türkiyədəki dostlarını göz yaşlarına boğub.
Şəhidin qız dostlarından biri İmranın son mesajını paylaşıb və ona cavab verə bilmədiyi üçün üzr istəyib.
Mənbə: ANS PRESS