Qadin.NET / "Qəbələ"dən ibrətamiz addım

"Qəbələ"dən ibrətamiz addım

 

"Qəbələ"dən ibrətamiz addım

Aplastik anemiya diqnozu qoyulan 13 yaşlı azərbaycanlı Cavid Abdullayevin müalicəsini "Qəbələ" futbol klubu öz üzərinə götürüb.

 

Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, gəncin 42 yaşlı atası Davud Abdullayev onun müalicəsi üçün bütün mal-mülkünü sərf etsə də, heç bir nəticə hasil olmayıb. Futbol klubu D.Abdullayevə əvvəlcə 30 min dollar ödəyib və Belarusda müalicə almasına kömək edib, amma bunun Cavidin sağalmağına heç bir təsiri olmayıb.Bundan sonra Davud Abdullayevə uşağa sümük iliyi transplantasiyası üçün Türkiyənin Anltalya şəhərinə getmək məsləhət görülüb. "Qəbələ" uşağın əməliyyatı üçün ataya 170 min dollar pul ayırıb.Uğurla başa çatan əməliyyatın dəqiq nəticələri bir həftə sonra məlum olacaq.

Mənbə: Milli.Az

5 fevral 2016
GO BACK