Qadin.NET / Dünyanın ən "bədbəxt" ölkələri seçildi

Dünyanın ən "bədbəxt" ölkələri seçildi

Dünyanın ən "bədbəxt" ölkələri seçildi
"Bloomberg" agentliyi iqtisadiyyatı "bədbəxt vəziyyətdə" olan 63 ölkənin yer aldığı reytinq cədvəli hazırlayıb.Modern.Az agentliyə istinadən xəbər verir ki, 98,3%-lik inflyasiya və 6,8%-li işsizlik səviyyəsi ilə Venesuela ardıcıl 2-ci ildir ki, ən pis iqtisadiyyata malik ölkə seçilir.Reytinq cədvəli inflyasiya və işsizliyin nisbətini göstərən Misery İndex (Bədbəxtlik indeksi) hesabına hazırlanır.Venesuela 159,7 xallıq indekslə ilk pillədə yer alıb. İndeksdə 2-ci Argentina (39,9 xal), 3-cü Cənubi Afrika (32 xal), 4-cü Yunanıstan (27 xal), 5-ci Ukrayna (26,3 xal), 6-cı İspaniya (21,2 xal), 7-ci Serbiya (20,9 xal), 8-ci Türkiyə (18,8), 9-cu Braziliya (16,8 xal) və 10-cu Qazaxıstan (16,7 xal) iqtisadiyyatı olub.Siyahıda Rusiya iqtisadiyyatı ən "bədbəxt" 14-cü, Çin isə 57-ci pillədə yer alıb.

Mənbə: Milli.Az

 

5 fevral 2016
GO BACK