Suriyanın Türkiyə sərhədində yerləşən Türkməndağı bölgəsində Rusiya ordusunun generalları oldürülüb. ANS PRESS-in məlumatına görə, Rusiya vəBəşər Əsəd rejiminin generallarının keçirdiyi toplantıya hücum edilib.
Belə ki, generallar axşam saatlarında baş tutan toplantıda bölgədə həyata keçirilən hücumların son vəziyyəti və yeni planlar barədə müzakirələr apararkən basqına məruz qalıblar.
Anadolu agentliyinin verdiyi məlumata görə, Duveyrik və Selma bölgələri arasında olan məkanda keçirilən toplantıya yüksək rütbəli generallar qatılıb.
Müxalif qüvvələrin etdiyi basqında 4-ü rus, 4-ü rejim generalı və 15 əsgər öldürülüb. Ölən rus generallardan birinin Türkməndağındakı hücumları koordinasiya edən, "Yuri" ləqəbli general-leytenent olduğu bildirilir. Digər rus hərbçilərin isə general-mayor olduğu müəyyən edilib.
Basqın zamanı öldürülən rejim generallarının dördünün də rütbəsi general-mayordur. Rusiya sə Suriya tərəfi hücumla bağlı hələlik heç bir məlumat yaymayıb.
Mənbə: ANS PRESS