Qadin.NET / "Texnikabank"ın əmanətçilərinə kompensasiyaların ödəniləcəyi tarix açıqlandı

"Texnikabank"ın əmanətçilərinə kompensasiyaların ödəniləcəyi tarix açıqlandı

 

"Texnikabank"ın əmanətçilərinə kompensasiyaların ödəniləcəyi tarix açıqlandı

"Texnikabank"ın əmanətçilərinə fevralın 11-dən başlayaraq kompensasiyalar ödəniləcək.

 

Əmanətlərin Sığortalanması Fondu Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təqdim olunmuş 04 fevral 2016-cı il tarixli 16-00036-2016 nömrəli məktuba istinad edərək bildirir ki, "Texnikabank" ASC-nin əməliyyatlarına moratorium tətbiq edilib.Milli.Az Trend-ə istinadən bildirir ki, bununla da "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikasının Qanununun 2.1.9-cu maddəsinə müvafiq 04 fevral 2016-cı il tarixi "Texnikabank"ASC-də sığorta hadisəsinin baş verdiyi gün hesab olunur."Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsinə uyğun olaraq, sığorta hadisəsi baş verdiyi gündən 7 təqvim günü ərzində "Texnikabank" ASC-nin qorunan əmanətçilərinə kompensasiyaları ödəmək üçün seçilmiş Agent banklar və kompensasiyaların ödəniş tarixi və yeri haqqında əlavə məlumat veriləcək.

Mənbə: Milli.Az

5 fevral 2016
GO BACK