Qadin.NET / Əfsanəvi keşiş büllur tabuta qoyuldu

Əfsanəvi keşiş büllur tabuta qoyuldu

Əfsanəvi keşiş büllur tabuta qoyuldu
Roma Katolik Kilsəsinin ən populyar simalarından biri, "Padre Pio" ("Pio Ata") kimi tanınan fransiskan keşişi Pio ölümündən 50 il sonra Vatikana aparılıb.

1968-ci ildə italiyanın cənubundakı San-Covanni Rotondo şəhərində vəfat etmiş keşiş Pionu Vatikan 2002-ci ildə müqəddəs elan etmişdi.Pionun San-Covanni şəhərindəki məqbərəsi hər gün minlərlə katolik tərəfindən ziyarət olunur.Milli.Az European-a istinadən bildirir ki, fransiskan keşişi Pio Romadakı San-Lorenso bazilikasında dəfn olunacaq.2008-ci ildə San-Covannidəki məzarından çıxarılmış Pionun cəsədi mumiyalaşdırılmış, onun siması silikon maska vasitəsilə rekonstruksiya olunmuşdu.Sabah keşiş Pionun büllur tabutdakı nəşi Vatikana aparılacaq və San-Lorenso bazilikasında nümayiş olunacaq.1887-ci ildə Kampaniya vilayətinin Pyetrelçina şəhərində doğulmuş Pio 5 yaşında həyatını kilsəyə, ibadətə həsr etmək qərarına gəlib.Gənclik illərində isə onun vücudunda stiqmatlar başlanıb. Stiqmatlar İsa Məsihin çarmıxa çəkildiyi zamanı onun qollarına, əllərinə və ayaqlarına vurulmuş mıxların yaralarının təkrarlanmasıdır.Daha sonra Pio ölümcül xəstələri duaları ilə sağaldır, hətta yerdən ayrılaraq  30-40 sm hündürlükdə levitasiya edə bilirdi.

Mənbə: Milli.Az

 

5 fevral 2016
GO BACK