Qadin.NET / Azərbaycanda uşaqlar arasında yeni virus yayılıb

Azərbaycanda uşaqlar arasında yeni virus yayılıb

 

Azərbaycanda uşaqlar arasında yeni virus yayılıb

"Bir həftəyə yaxındır ki, xəstəlik uşaqlarımdan əl çəkmir. Əvvəlcə qızım xəstələndi. Sahə həkiminin yazdığı müalicəyə baxmayaraq, qızdırması üç gün düşmədi, antibiotik vurdurduqdan sonra uşaq özünə gəldi. Oğlumu nə qədər qorusam da o da xəstələndi. Onun xəstəliyi daha ağır keçdi. Bilmirəm balaca, ya zəif olduğundandır, oğlumun qarnı getdi, bir gecə səhərə kimi qaytardı, səhər dərhal həkim çağırdım, dərman yazdı, uşağın bağırsaqları nisbətən düzəldi".
Bunu ANS PRESS-ə iki uşaq anası Aygül Kərimova deyib. Onun sözlərinə görə, qızı bu xəstəliyi bağçada tutub. Vəziyyətləri düzəlməyinə baxmayaraq, hər iki uşağın müalicəsi davam edir. Təəssüf ki, bu uşaqlar arasında yayılan xəstəliklə bağlı edilən yeganə şikayət deyil. 
Son zamanlar uşaqlar arasında yayılan bu kimi hallar dünyada hər gün neçə-neçə insanın ölümünə səbəb olan "donuz qripi" virusu qorxusunu artırıb. Xəstəliyi araşdırmaq üçün ANS PRESS uşaq poliklinikalarından biri ilə əlaqə saxlayıb. Nəsimi rayon 12 saylı uşaq poliklinikasının baş həkimi Rəna Quliyeva faktı təsdiqlədi. Onun sözlərinə görə, son bir neçə həftədə uşaqlarla bağlı çağırışların sayında artım olduğunu deyir. 

 

Mənbə: ANS PRESS

4 fevral 2016
GO BACK