Qadin.NET / Londonda İlham Əliyevin də iştirak edəcəyi konfrans başladı

Londonda İlham Əliyevin də iştirak edəcəyi konfrans başladı

Londonda İlham Əliyevin də iştirak edəcəyi konfrans başladı
Böyük Britaniyanın paytaxtı Londonda "Suriyaya və regiona dəstək" adlı donor konfransı başlayıb. 
ANS PRESS-in məlumatına görə, konfrans Böyük Britaniya, Almaniya, Küveyt, Norveç və BMT-nin birgə təşkilatçılığı ilə keçirilir. Tədbirdə Azərbaycan prezidenti İlham Əliyev dəiştirak edir . Dövlət başçısı BMT-nin Baş katibi Pan Gi MunBöyük Britaniyanın Baş naziriDevid KemeronAlmaniya kansleri Angela MerkelNorveçin Baş naziri Erna Solberq vəKüveyt əmiri Sabah əl-Əhməd əl-Cabir əs-Sabahın dəvəti ilə tədbirə qatılıb. 
Konfransda 70-ə yaxın dünya liderinin iştirakı nəzərdə tutulub. Artıq pakistanlı insan haqları fəalı, Nobel Sülh mükafatı laureatı Məlalə Yusufzay, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif, BMT-nin Baş katibi Pan Gi Mun, Böyük Britaniyanın Baş naziri Devid Kemeron, Polşanın Baş naziri Beata Şidlo, Serbiyanın Baş naziri Aleksandr Vuçiç və digər rəsmilər konfransın keçiriləcəyi məkana gəliblər. 

Mənbə: ANS PRESS

4 fevral 2016
GO BACK