Qadin.NET / Kaladze gözlənilmədən Azərbaycana gəldi

Kaladze gözlənilmədən Azərbaycana gəldi

 

Kaladze gözlənilmədən Azərbaycana gəldi

Gürcüstan baş nazirinin birinci müavini, energetika naziri Kaxa Kaladze Azərbaycana işgüzar səfərə gəlib.
ANS PRESS-in Gürcüstanın Energetika Nazirliyinə istinadən verdiyi məlumata əsasən Kaladze səfər çərçivəsində Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevlə görüşəcək. 
Görüşdə həmçinin cari məsələlər və gələcək əməkdaşlığın perspektivləri müzakirə olunacaq.
Bundan əvvəl Kaxa Kaladze və Rövnəq Abdullayevin görüşü SOCAR rəhbərinin Gürcüstana səfəri çərçivəsində baş tutub. 
Görüşdən sonra mətbuata açıqlama verən Gürcüstanın Energetika naziri Kaxa Kaladze bildirib ki, bu il Azərbaycan ixrac etdiyi təbii qazın həcmini artıra bilmir.
"SOCAR bu il Gürcüstanın qaza olan tələbatını ödəyə bilməyəcək. Hazırda yeni tarif planı üzrə danışıqlar aparılır. " -deyə Kaladze əlavə edib. 

 

Mənbə: ANS PRESS

4 fevral 2016
GO BACK