Qadin.NET / Xaricdən gətirilən telefonlar vergiyə cəlb olunacaq

Xaricdən gətirilən telefonlar vergiyə cəlb olunacaq

Xaricdən gətirilən telefonlar vergiyə cəlb olunacaq
“Satış məqsədi ilə gətirilən hər bir məhsul vergiyə cəlb olunmalıdır”.
Bunu ANS TV-yə açıqlamasında Dövlət Gömrük Xidmətinin rəsmisi Mirqasım Vahabov deyib.
Bu il satış məqsədi ilə gətirilən məhsulların gömrük xidmətinin ciddi nəzarəti altında olacağını bildirən Mirqasim Vahabov bu sahədə aparılacaq islahatlardan danışıb.
Onun sözlərinə görə, bəzi vətəndaşlar xarici ölkələrdən qayıtdıqları zaman, şəxsi istifadədən əlavə birbaşa ticarət üçün 3-4, bəzən də daha artıq miqdarda telefon və aksessuar gətirirlər. Rüsum ödənmədən satış məqsədi ilə gətirilən məhsullar isə yerli qanuni fəaliyyət göstərən ticarətçilərin bazarına müdaxilə edərək ən əsası vergidən yayınmış olurlar.
Qurum rəsmisinin sözlərinə görə, təkcə ötən il 1.5 milyon ədəd mobil telefon və aksessuarları rüsum ödənilmədən ölkə ərazisinə gətirilib. Həmin məhsulların böyük bir hissəsi isə ticarət şəbəkəsinə yönləndirilib. 

Mənbə: ANS PRESS

4 fevral 2016
GO BACK