ANS PRESS-in məlumatına görə, yaranmış vəziyyətdən satıcılar da narazıdırlar. Paytaxtın avtomobil satışı ilə məşğul olan böyük salonlarından birinin administratoru Kamran Vəliyev deyir ki, son aylar vəziyyət o qədər pisləşib ki, hətta həftə ərzində bir avtomobil belə satılmır:
"Əvvəllər avtomobil kreditləri var idi deyə, gün ərzində 1, 2 avtomobil satırdıq. Sonra kreditlər ləğv edildi və işimiz bir az da çətinə düşdü. Son vaxtlar isə əhalinin alıcılıq qabiliyyəti tamamən aşağı düşüb. Ona görə də satış edə bilmirik. Hazırda riskə gedərək daxili kreditləşmə ilə satış həyata keçiririk. Ancaq dediyim kimi bu, riskdir. Çünki hər hansı vətəndaş gəlirini göstərərək bizdən daxili kreditləşmə yolu ilə avtomobil alır. Maşını bir neçə ay sürən adam daha sonra gəlir ki, ödəməyə imkanım yoxdur. Avtomobil alan alıcıların bəziləri də ödəməyə imkanı olmadığı üçün krediti bir neçə ay ödəyib daha sonra maşını geri qaytarır. Biz də çıxılmaz vəziyyətdə qalırıq. Ona görə də daxili kreditləşmə şirkətə sərf eləmir".
Mənbə: ANS PRESS