Qadin.NET / Gözlənilən Azərbaycan bəyanatı

Gözlənilən Azərbaycan bəyanatı

Gözlənilən Azərbaycan bəyanatı
Beynəlxalq Valyuta Fondunun (BVF) işçi heyəti Azərbaycana səfərinin yekunları barədə bəyanat yayıb.
Maliyyə Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiyasının rəhbəri Məhəmməd əl-Qorçinin rəhbərlik etdiyi Fondun işçi heyət üzvlərindən ibarət komandası 2016-cı ilin 28 yanvar - 3 fevral tarixlərində Bakıda faktaraşdırıcı məqsədli, habelə texniki yardım müstəvisində əməkdaşlıq sahələrinin müzakirəsi məqsədini daşıyan səfərdə olub.
Səfərin sonunda M.Qorçi aşağıdakı bəyanatı edib: “Azərbaycan iqtisadiyyatı, xüsusilə neft qiymətlərinin gözəçarpan dərəcədə aşağı düşməsi, iqtisadi artımın əhəmiyyətli dərəcədə səngiməsi və ticarət tərəfdaşı olan ölkələrin milli valyutalarının dəyərdən düşməsi nəticəsində mənfi şoklar silsiləsinə məruz qaldı. İqtisadi artım tempi 2015-ci ilin birinci yarısında yüksək oldu, lakin ilin ikinci yarısında azaldı, cari hesabın profisiti isə heçə endi".

Mənbə:ANS PRESS

3 fevral 2016
GO BACK