Qadin.NET / Ərdoğan Avropaya od püskürdü

Ərdoğan Avropaya od püskürdü

Ərdoğan Avropaya od püskürdü
"İndi Suriyanın dövlət başçısı Bəşər Əsədin yanında Rusiyaİran var. Birlikdə insanları öldürürlər". 
ANS PRESS-in məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O, heç kimin İslamın adını terrorla yan-yana çəkə bilməyəcəyini deyib. "İŞİD-in də İslam ilə yaxından-uzaqdan əlaqəsi yoxdur. Bu, İslam düşməni bir təşkilatdır". 
Santyaqoda BMT-nin Latın Amerikası və Karib dənizi iqtisadi komissiyasının konfransına qatılan Türkiyə prezidenti dünyaya mesajlar verib. 
"Heç bir ölkə problemlər qarşısında "mənə toxunmayan ilan min il yaşasın" prinsipi ilə yaşaya bilməz. Həll yolları axtarmaq hər bir ölkənin əxlaqi və vicdani məsələsidir". Ərdoğan deyib ki, Türkiyənin olduğu bölgə münaqişənin yol açdığı faciənin ən çox hiss edildiyi yerdir. Onun sözlərinə görə, problemlərin həllinə çalışmaq matç izləməyə bənzəmir və ölkəsi bir tərəfdən problemləri aradan qaldırmağa çalışır, digər tərəfdən isə sınaqlarla mübarizə aparır. 
"Suriya böhranı ağırlaşır, Əsəd bəşəri cinayət törədir. Bu böhran ciddi bir qaçqın problemini də özü ilə gətirib. Əvvəl hadisələri kənardan izləyən Avropa ölkələri bu gün bu problemi ən yaxından hiss edir. İndi bağırırlar ki, "bizə gəlməsinlər". Onda bəs 2,5 milyon insanın sığındığı Türkiyə nə etsin?
Avropanın bir ölkəsində terror aksiyası olanda bütün dünya ayağa qalxır. Türkiyənin Ankarasında, İstanbulunda, Qaziantepində, Suruçunda olduğu zaman dünya niyə seyr edir... Terrorun biri yaxşı, o biri pisdir demək olmaz". 
O deyib ki, Türkiyə əsla öz sərhədlərini həyatını qurtarmaq üçün gələn insanlara bağlayan bir anlayışı qəbul edə bilməz. Ümumiyyətlə, alınan təhlükəsizlik tədbirləri qaçqınların qarşısını almağa yetmir. "Almaniya, Fransa, Hollandiya, Belçika bizdən daha yoxsuldur? Onlar qapılarını qapadır, biz isə açırıq".

Mənbə: ANS PRESS

3 fevral 2016
GO BACK