Qadin.NET / Test imtahanının taleyi sual altındadır

Test imtahanının taleyi sual altındadır

Test imtahanının taleyi sual altındadır
"Azərbaycanda test üsulu ləğv oluna bilməz".
Bunu ANS PRESS-ə Filologiya elmləri namizədi, test üsulunu Azərbaycanda ilk dəfə tətbiq edən, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sabiq rəhbəri Vurğun Əyyub test imtahanının ləğv edilməsi ilə bağlı fikirləri şərh edərkən bildirdi.
"Azərbaycanda test üsulunun ləğvi mümkün deyil. Sadəcə, ali məktəblərdə olan test imtahanının yerinə orta məktəblərdə olan buraxılış imtahanlarının nəticələri əsas götürülə bilər. Həmin buraxılış imtahanları da elə test üsulu ilə həyata keçirilir. Amma bu, çox uzun bir prosesdir", - deyə Vurğun Əyyub əlavə etdi. Azərbaycanda ilk dəfə test üsulu ilə imtahan 1992-ci il noyabrın 15-də tətbiq olunub. Test üsulunun həm müsbət, həm də mənfi cəhətləri var. 
Test üsulunun müsbət cəhətləri imtahanın demokratik, şəffaf, ədalətli şəkildə həyata keçirilməsi, abituriyentlərin bir neçə ixtisas içərisindən seçim edə bilməsidir. Lakin bununla yanaşı test üsulunun çatışmayan cəhəti isə şagird və tələbələrin nitq və yazı qabiliyyətinin məhdudlaşdırılması və əzbərçiliyə yol vermələridir.
Milli Elmlər Akademiyasının tarix üzrə fəlsəfə doktoru, təhsil üzrə ekspert Kamran Əsədov isə hesab edir ki, hazırda test üsulu ilə olan imtahanların strukturu dəyişdirilməlidir:
"Son beş ildə test üsulu ilə imtahanın nəticələri özünü tam göstərə bilmir. Məsələn, 500 balla ali məktəbə daxil olanın sonrakı qiymətlərinə baxdıqda görürük ki, heç də topladığı bala uyğun gəlmir. Çünki bizdə test imtahanları faktlara əsaslanır, dünya praktikasında isə biliyə. Ya gərək tamamilə test imtahanını yığışdırsınlar, ya da açıq tipli suallar etsinlər, amma onun da forması bugünkü kimi olmamalıdır", - deyə ekspert vurğuladı. 

Mənbə: ANS PRESS

3 fevral 2016
GO BACK