Qadin.NET / Sabah yaz havası olacaq

Sabah yaz havası olacaq

Sabah yaz havası olacaq
Sabah Bakıda və Abşeron yarımadasında əsl yaz havası olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, səhər paytaxt və yarımadanın bəzi yerlərində duman olacaq. Cənub-qərb küləyi əsəcək, gündüz yarımadanın bəzi yerlərində arabir güclənəcək.
Havanın temperaturu Abşeronda gecə 4-6, gündüz 12-16 dərəcə isti, Bakıda gecə 4-6, gündüz 13-15 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunundan 765 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 45-55 % təşkil edəcək. 
Fevralın 4-də Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi gündüz əsasən dağlıq ərazilərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 3-8 dərəcə isti, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 5-10 dərəcə şaxta, gündüz 7-12 dərəcə isti olacaq

Mənbə: ANS PRESS

3 fevral 2016
GO BACK