Qadin.NET / Daha bir sərnişin təyyarəsi partladıldı

Daha bir sərnişin təyyarəsi partladıldı

 Daha bir sərnişin təyyarəsi partladıldı
Somalinin paytaxtı Moqadişo aeroportunda havaya qalxdıqdan bir neçə dəqiqə sonra A321 təyyarəsinin içində partlayış olub. 
ANS PRESS-in məlumatına görə, partlayış nəticəsində laynerin üstündə deşik əmələ gəlib. 
İlkin informasiyaya görə, səbəbi hələlik bəlli olmayan partlayış nəticəsində bir nəfər həlak olub, daha iki nəfər isə yaralanıb. Bildirilir ki, partlayış anında təyyarə yalnız təzəcə sürət yığmağa başlayıbmış. Məhz buna görə, salonun germetikliyinin pozulmasında ciddi fəsadlar baş verməyib və pilot qəzalı enməni edə bilib.
Təxmin edilir ki, bombanı yükün içində sərnişinlərdən biri keçirib. Məlumata görə, təyyarədə 60 sərnişin və ekipaj üzvü olub. Onların hamısı təxliyyə edilib. Hadisə barədə əlavə məlumatlar yoxdur.

Mənbə: ANS PRESS

3 fevral 2016
GO BACK