Qadin.NET / Con Kerri türk müşavirə yumruq vurdu

Con Kerri türk müşavirə yumruq vurdu

Con Kerri türk müşavirə yumruq vurdu
İtaliyanın paytaxtı Romada İŞİD terror təşkilatına qarşı beynəlxalq koalisiyanın növbəti iclası keçirilib. ANS PRESS-in məlumatına görə, xarici işlər nazirləri səviyyəsində baş tutmuş iclasın məqsədi terror qruplaşmasına qarşı beynəlxalq müzakirələr olub. İtaliya Xarici İşlər Nazirliyinə aid Farnezina sarayında baş tutmuş toplantıda 23 ölkə ilə Avropa İttifaqı ölkələrinin nümayəndələri iştirak edib. 
İclasda açılış nitqi ilə çıxış edən İtalyanın xarici işlər naziri Paolo Gentiloni İŞİD-lə mübarizədə əhəmiyyətli dərəcədə irəliləyiş olduğunu deyib. Nazir, müttəfiq koalisiyanın İraqın 40 faizindən, Suriyanın isə 20 faizindən İŞİD terrorçularını çıxarmağa nail olduğunu deyib. “Təəssüf ki, təhlükə hələ də davam edir və İŞİD terrorçuları müqavimət göstərir”.İclasın həmsədri olan ABŞ-ın dövlət katibi Con Kerri dünyada təhlükəsizliyi təmin etmək üçün İŞİD-i yox edəcəklərini vurğulayıb. Kerri Suriya və

İraqda İŞİD-ə qalib gələcəklərinə əminliyini ifadə edib: “Suriyanın Madaya qəsəbəsində Bəşər Əsəd rejiminin mühasirəsi nəticəsində insanlar aclıq çəkirlər. İkinci Dünya Müharibəsindən sonra belə bir vəhşilik görünməyib. İnsanları aclıqla təslim etdirmək hərbi cinayətdir. Buna görə də mən Suriya rejimini humanitar yardımlara icazə verməyə və vətəndaşların bombalanmasını dərhal dayandırmağa çağırıram”.
İŞİD-in hakimiyyətinin hüdudlarını Liviyaya qədər böyütdüyünü deyən Kerri bu ölkədəki milyonlarla dollarlıq neft mənbələrinin qondarma bir xəlifınin əlinə keçməsinə izn verməyəcəklərini, heç kimin belə bir şey arzulamadığını bildirib. ABŞ-ın avropalı və ərəb müttəfiqləri ilə Liviyada təhlükəsizlik təlimlərini və hərbi yardımları artırmasının vacib olduğunu bildirən Con Kerri ölkədə milli birlik hökumətinin qurulmasının yaxın olduğunu vurğulayıb. Müzakirələr zamanı ABŞ dövlət katibi Türkiyə nümayəndəsi ilə zarafat edib. Belə ki, iclasın keçirildiyi zala girən Kerri Türkiyə Xarici İşlər Nazirliyi Aparatının sədri Feridun Sinirlioğlunun yanağına yüngülvari yumruq vurub. Sinirlioğlu isə bir qolu ilə Kerini qucaqlayıb və ikili bir müddət belə söhbət edib. 

 

Mənbə: ANS PRESS

3 fevral 2016
GO BACK