Qadin.NET / İşsizlik sığortası haqqında qanun layihəsi hazırdır

İşsizlik sığortası haqqında qanun layihəsi hazırdır

İşsizlik sığortası haqqında qanun layihəsi hazırdır
Azərbaycanda işsizlərin xüsusi sığortası ilə bağlı qanun layihəsi hazırlanıb. ANS PRESS-in məlumatına görə, qanun layihəsinin hazırlanmasında məqsəd vətəndaşların müvəqqəti işsizlik dövründə onların sosial təminatının təmin edilməsi və eyni zamanda həmin şəxslərin yenidən əmək bazarına hazırlanmasıdır. 
Qəbul olunmuş qanun layihəsinə əsasən sığorta ödənişləri özləri də iki qrupa bölünürlər. Bunlardan biri aylıq sığorta ödənişidir. Belə ki, vətəndaş orta aylıq əmək haqqının müəyyən faizi məbləğində sığorta alacaq.
Sığorta haqqlarının miqdarı isə müvafiq qanunvericliyin qüvvəyə minməsindən sonra bəlli olacaq. Amma yeni qanuna görə, işsizlik müavinətinin ləğvi təklif olunur. Yəni, ünvanlı sosial yardımın əvəzinə işçinin əmək haqqının bir hissəsindən tutulmaqla onun işsiz vəziyyətinin sığortalanması təklif olunur. 
İqtsadçıların fikirincə bu təklif reallaşarsa, o zaman işçilərin ödədiyi 3% sosial sığorta haqqı bir qədər də çoxalacaq. Belə olan təqdirdə qanun qəbul edilərsə, işçilərin əmək haqqlarının bir qədər aşağı düşməsinə səbəb ola bilər. Bu səbəbdən, sığorta sahəsi üzrə mütəxəsislər hesab edirlər ki, müəssisənin ödədiyi 22%-lik məcburi sosial sığorta haqqının 20%-ə endirilməsi və qalan 2%-nin işçinin işsizlik sığortasına yönəldilməsi daha məqsədə uyğundur.

Mənbə: ANS PRESS

3 fevral 2016
GO BACK