Qadin.NET / Şəmkir 2016-ci ilin “Gənclər paytaxtı” seçildi

Şəmkir 2016-ci ilin “Gənclər paytaxtı” seçildi

Şəmkir 2016-ci ilin “Gənclər paytaxtı” seçildi
Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən Gənclər Günü tədbirində "Gənclər paytaxtı" ilə bağlı onlayn səsvermənin nəticələri açıqlanıb.

Trend Kəpəz TV-yə istinadən məlumat verir ki, Şəmkir şəhəri 2016-cı ilin "Gənclər Paytaxtı" seçilib. Bu seçim Azərbaycanın regionlarında gənclərin fəaliyyətinin genişləndirilməsi və inkişafı məqsədi ilə həyata keçirilir. "Paytaxt" seçilmiş şəhərin gənclərinin regionun ictimai, siyasi və mədəni həyatında daha fəal iştirakı təmin edilir."Gənclər Paytaxtı"nın seçimləri iki mərhələdə həyata keçirilir. Birinci mərhələdə, Təşkilat Komitəsi təqdim edilən sənədlər əsasında səsvermədə iştirak edəcək regionların siyahısını tərtib edir, ikinci mərhələdə isə internet səsvermə yolu ilə "Gənclər Paytaxtı" seçilir.

Mənbə: Milli.Az

3 fevral 2016
GO BACK