Qadin.NET / Ərdoğan Bakıya gəlir

Ərdoğan Bakıya gəlir

 

Ərdoğan Bakıya gəlir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gələcək.
Bu barədə ANS PRESS-in Türkiyə bürosuna hökumətdəki mənbədən məlumat veriblər. Məlumata görə, Ərdoğanın səfəri çərçivəsində bir sıra ikitərəfli danışıqlar keçiriləcək. İki ölkə rəhbəri arasında baş tutacaq danışıqlardan bəzilərinin mətbuata qapalı keçiriləcəyi gözlənilir. 
Azərbaycan səfərinə Rəcəb Tayyib Ərdoğanla yanaşı Türkiyə Baş Qərargahının yüksək rütbəli əməkdaşları və bəzi nazirlərin qatılacağı gözlənilir.
Səfərin dəqiq vaxtı açıqlanmasa da bunun fevral ayının 3, yaxud 4-cü həftəsində baş tutacağı bildirilir.
Hələlik səfərin dəqiq məqsədi barədə məlumat verilmir. Lakin mühüm qərarların müzakirə ediləcəyi gözlənilir.

 

Mənbə: ANS PRESS

2 fevral 2016
GO BACK