Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) ANS PRESS-ə verilən məlumata görə, ali məktəblərin magistratura səviyyəsinə ərizə qəbulu 10-19 fevral tarixlərində aparılacaq. İmtahanın birinci mərhələsi martın 6-da, ikinci mərhələsi isə iyunun 5-də keçiriləcək.
Tibb ixtisaslarının rezidentura səviyyəsinə ərizə qəbulu 1-10 mart tarixlərində, imtahanın 1-ci mərhələsi 3 aprel, 2-ci mərhələsi isə 29 iyulda olacaq.
Jurnalistika ixtisaslaşmalarını seçən bakalavrların qeydiyyatı 11-20 apreldə, qabiliyyət imtahanı 26-29 apreldə olacaq.
Qəbul imtahanlarının 2-ci mərhələsi isə iyun ayının 5-də olacaq.
Mənbə: ANS PRESS