Qadin.NET / Gürcü nazir İrəvanda Azərbaycandan danışdı

Gürcü nazir İrəvanda Azərbaycandan danışdı

 

Gürcü nazir İrəvanda Azərbaycandan danışdı

“Azərbaycan və Türkiyə Gürcüstanın strateji tərəfdaşlarıdır”.
ANS PRESS-in məlumatına görə, bu sözləri Gürcüstanın müdafiə naziri Tinatin Xidaşeliİrəvanda deyib. 
O, İrəvanda keçirdiyi mətbuat konfransında bildirib ki, Türkiyə NATO üzvü olan qonşu ölkədir, bu isə ölkələr arasında münasibətləri daha da dərinləşdirir və möhkəmləndirir. 
Nazirin sözlərinə görə, Gürcüstan onu dəstəkləyən və yardım edən hər kəsə minnətdardır.
Gürcü nazir yanvar ayının 31-də Ermənistana səfərə gəlib. Səfər çərçivəsində Xidaşeli Ermənistan prezidenti Serj Sarkisyan, baş nazir Ovik Abramyan, müdafiə naziri Seyran Ohanyan, xarici işlər naziri Edvard Nalbandyan, eləcə də bütün ermənilərin Katalikosu İkinci Qareqin ilə görüşüb. Onun səfərinin bu gün başa çatacağı gözlənilir. 

 

Mənbə: ANS PRESS

2 fevral 2016
GO BACK