Qadin.NET / Sami Yusifdən azərbaycanlılara böyük jest

Sami Yusifdən azərbaycanlılara böyük jest

 

Sami Yusifdən azərbaycanlılara böyük jest

Müsəlman dünyasının sevimli ifaçısı əslən azərbaycanlı Sami Yusif yeni albomuna Azərbaycana xas olan muğam daxil edib. 
ANS PRESS-in məlumatına görə, ifaçı “Bərəkət” (Barakah) adlı albomunu təqdim edib. Sami Yusif 7-ci albomundakı 14 mahnını 6 dildə ifa edib. Bunlar ərəb, fars, ingilis, hind, türk, və kürd dillərindədir. 
Albomda XXIII əsrlərdə yaşamış Yunus Əmrənin “Gel gör beni aşk neyledi” və eləcə dəMövlana Cəlaləddin Ruminin “Divan-i Şəms” əsərindən istifadə olunub. İfaçı "İnstaqram" səhifəsində də yeni albomunu izləyiciləri ilə paylaşıb. Azərbaycanlı dinləyicilər üçün əsas sevindirici məqam alboma muğamın daxil edilməsidir. Belə ki, alboma adı verilən “Barakah” mahnısı Şur Dəsgahında muğamdır.
İfaçı ümid edir ki, bütün dinləyicilər bu mübarək musiqidə bir doğmalıq tapacaq:

“Bu albom 1000-dən çox yaşı olan İslam musiqi ənənəsinin ziyafəti sayılır. Ümid edirəm, bu albom möhtəşəm ənənənin və sivilizasiyanın xatırlatmasına xidmət edəcək və dinləyicilər bu mübarək musiqidə bir rahatlıq və hüzur tapacaq”.

Babək Radmaneş “Gəlmədin”

Ötən gün əslən azərbaycanlı olan dünya şöhrətli müsəlman ifaçı Sami Yusifun atası Babək Radmaneş Azərbaycan dilində mahnı oxuyub. Babək Radmaneş “Gəlmədin” adlı mahnını ifa edib. 
Sami Yusuf ötən il Bakıda konsert verib.O, konsertdə “Sarı gəlin” və “Küçələrə su səpmişəm” mahnıları da daxil olmaqla 19 mahnı ifa edib.

Sami Yusif - "Sarı Gəlin"

Mənbə: ANS PRESS

2 fevral 2016
GO BACK