Qadin.NET / Azərbaycan dilinin informasiya bazası yaradılacaq

Azərbaycan dilinin informasiya bazası yaradılacaq

Azərbaycan dilinin informasiya bazası yaradılacaq
Azərbaycanda ilk dəfə olaraq, dövlət dilinin informasiya bazası yaradılacaq. ANS PRESS-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEADilçilik İnstitutunun direktor müavini Baba Məhərrəmli deyib.
Onun sözlərinə görə, Azərbaycan dilinin informasiya bazası “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”na əsasən yaradılır.B.Məhərrəmli qeyd edib ki, virtual məkanda Azərbaycan dili ilə bağlı məlumatlar digər dillərlə müqayisədə çox azdır: "Buna görə də Azərbaycan dilinin qrammatikası ilə bağlı məlumatların, lüğətlərin, ümumilikdə dillə bağlı bütün elmi materialların bazaya yerləşdirilməsi, istənilən bir şəxsin, hətta xarici vətəndaşların da ondan istifadə edə bilməsi üçün imkanlarının yaradılması nəzərdə tutulur. Azərbaycan dili ilə bağlı elektron məlumatlar sistemi demək olar ki, “yox” dərəcəsindədir. Buna görə də bu sistemi müvafiq qurumlarla birlikdə işləyərək yaratmaq, lüğətlərin, məlumatların elektron variantlarda yayılmasını təmin etmək istəyirik”.
B.Məhərrəmli bildirib ki, informasiya bazasının yaradılması ilə bağlı layihə artıq Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fonduna təqdim edilib. Hazırda layihə ekspertiza mərhələsindədir.

Mənbə: ANS PRESS

2 fevral 2016
GO BACK