Qadin.NET / Mədə kiçiltmə əməliyyatları - Düzgündür?

Mədə kiçiltmə əməliyyatları - Düzgündür?

Mədə kiçiltmə əməliyyatları - Düzgündür?
Artıq çəkidən qurtulmaq üçün günümüzdə insanlar müxtəlif üsullara əl atırlar. Bunlardan biri də mədə kiçiltmə əməliyyatıdır ki, bu əməliyyatla mədənin 80%-i götürülür. Bəs artıq çəkidən əziyyət çəkən hər kəs bu əməliyyatı etdirə bilərmi, əməliyyatdan sonra təkrar piylənmə baş verə bilərmi ? Bütün bu sualların cavabı indiki süjetimizdə.

Milli.Az Xəzərxəbər.com-a istinadən xəbər verir ki, mədənin 80% götürülür, artıq çəki qısa müddətdə tamamilə itirilir. Mədə kiçiltmə əməliyyatı günümüzdə arıqlamaq üçün ən effektiv arıqlama metodu sayılır. Son illərdə xüsusilə də qadınlar bu yolla artıq çəkidən qurtulmağa çalışır.Ancaq bu əməliyyatı heç də hamıya tətbiq etmək olmaz. Əməliyyat 18-65 yaş arası insanları əhatə edir. Bəs hansı halda bu əməliyyatın olunması yolverilməzdir. Əməliyyat əsasən bədən kütlə indeksi 35-dən yuxarı olan, çəkisi boyuna nisbətdə 30 kiloqramdan artıq olan piylənmə xəstəsi insanlar üçün zəruri sayılır. Bununla yanaşı əməliyyatı zəruri edən bir sıra məqamlar da var.Əməliyyatla mədənin 80%-i və iştahanı tənzimləyən hissəsi götürüldüyündən sonradan təkrar piylənmə ehtimalı azalır. Əməliyyatdan sonra xəstə ilk 2 ay sürətlə, 18 ay ərzində isə tədricən artiq çəkidən tamamilə qurtulur. Əməliyyatdan sonrakı pəhrizdə isə çox kalorili qidalar, şokolad və şirniyyatlar menyudan çıxarılmalıdır.

Mənbə: Milli.Az

 

1 fevral 2016
GO BACK