Qadin.NET / Deputat: "Biz Allaha qarşı gedə bilmərik”

Deputat: "Biz Allaha qarşı gedə bilmərik”

Deputat: "Biz Allaha qarşı gedə bilmərik”
“Mən Milli Məclisin İctimai birliklər və dini icmalar komitəsinin sədriyəm. Biz Allaha qarşı gedə bilmərik”. ANS PRESS-in APA-ya istinadla verdiyi məlumata görə, bunu komitənin sədri, Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin parlamentdə müzakirəsi zamanı deyib. Onun fikrincə, bu qanun layihəsində kimsə Allahlıq edir.
S. Novruzov bildirib ki, layihədə Azərbaycan xalqının milli mentalitetinə uyğun olmayan məsələlər var və onlar çıxarılmalıdır. O qeyd edib ki, ünvanlı sosial yardıma baxış da dəyişməlidir: “Bu, o demək deyil ki, imkansız, kasıb adam hər il bu yardımı almalıdır. Bu, insanların ayağa qalxması üçün köməkdir. Neçə illər insanlara verdiyimiz bu yardımlar havaya atılıb. Bu məsələyə baxış dəyişməlidir. Ünvanlı sosial yardım bir illik verilməlidir və o insanın işlədiyi sahəyə tətbiq olunmalıdır. Oradan gələn gəlir ailə vəziyyətinin yaxşılaşmasına xidmət etməlidir. Yoxsa, ələbaxımlılıq öyrətmək düzgün deyil”.
İnformasiya təhlükəsizliyi ilə bağlı prezidentin fərmanına diqqət çəkən S. Novruzovun sözlərinə görə, bununla bağlı bəzi qanunlara dəyişiklik edilməlidir: “Bir mənbə Azərbaycan ordusu haqqında yazır, yarım saatdan sonra çıxarır. Bütün saytlar ona istinadən yazı verir və onlarda yazı qalır. Lakin məlum olur ki, bu informasiya xaricdə hansısa mənbədən yerləşdirilib və bundan mediamız istifadə edib. Bununla bağlı ciddi addımlar atılmalıdır”.

Mənbə: ANS PRESS

1 fevral 2016
GO BACK