Qadin.NET / Bu il "qovrulacağıq"

Bu il "qovrulacağıq"

Bu il "qovrulacağıq"
Yaxın 5 ildə Yerdə havanın temperaturu artmaqda davam edəcək.

Milli.Az Report-a istinadən bildirir ki, bu barədə britaniyalı alimlərin apardıqları araşdırmalara istinadən "The Guardian" nəşri yazıb.Alimlərin fikrincə, bu cari hallar, ilk növbədə, havaya buraxılan istixana qazlarının həcminin çoxalması, eləcə də El Ninyo - cənub tərəddüdü (bu, qlobal okean atmosfer hadisəsi olub, Sakit okeanın ekvatorial hissəsində səth sularının tempratur qərarsızlığıdır - red.) nəticəsində qızmış su kütləsinin şərqə doğru hərəkəti ilə bağlı olacaq.Alimlər qeyd edir ki, 2016-cı il meteomüşahidələr tarixində ən isti il olacaq, 2017-ci ildə isə rekordlar olmaya bilər. Buna səbəb El Ninyoya tam əks olan La Ninya prosesinin gedəcəyidir. Yalnız bu hal baş verdikdən sonra Yerdə temperatur yenidən yüksələ bilər.

Mənbə: Milli.Az

1 fevral 2016
GO BACK