Britaniyalı səyyah və alpinist Stiv Berri Himalay dağlarındakı kiçik Butan krallığında yetinin, yəni "qar adam"ın izlərini aşkarladığını deyib.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, o, yetinin izlərinə Butanın Qanqhar-Puensum səmtində, dağların yamaclarından birində təsadüf etdiyini deyib."İzlər çox hündürdəki aşırımda idi. O izlər yetinindir", - S.Berri bildirib.Ekspertlər isə bu izlərin dağkeçisinə məxsus olduğunu söyləyirlər.Qanqhar-Puensus alpinistlər tərəfindən zirvəsi fəth olunmamış ən uca dağ sayılır.
Mənbə: Milli.Az