Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, şəhərdə hava bazar günü müsbət 2,7 dərəcəyədək istiləşib.
"Paytaxtın əsas meteostansiyasında bu gün gecə yarı müsbət 2,7 dərəcə temperatur qeydə alınıb. Eyni zamanda 55 il əvvəl 31 yanvar tarixi üçün müəyyən edilən temperatur rekordu təkrarlanıb", - Rusiya paytaxtının Meteorologiya Bürosundan bildirilib.
Sinoptiklər bu göstəricinin bazar günü dəyişəcəyini və 31 yanvar tarixi üçün yeni rekord müəyyən edəcəyini proqnozlaşdırırlar.
Mənbə: Milli.Az