Milli.Az anspress-ə istinadən bildirir ki, qurum rəsmisi zərərçəkmişlərə yardım ediləcəyini, hadisəni törədənlərin məsuliyyətə cəlb olunacaqlarını, gələcəkdə bu cür hadisələrin baş verməməsi üçün əllərindən gələni edəcəklərini deyib.BMT baş katibinin müavini Entoni Benberi Mərkəzi Afrika Respublikasında sülhməramlı əsgərlərin peçenye və ya su qarşılığında yaşları 7 ilə 16 arasında dəyişilən uşaqları zorlaması barədə danışıb. Qalmaqal barədə danışarkən çətinlik çəkən və utanan Benberi 2014-cü ildə baş vermiş hadisələrin iştirakçısı olmuş əsgərlərin hazırda Banqladeş, Demokratik Konqo Respublikası, Mərakeş, Nigeriya və Seneqalda olduqlarını bildirib.Hadisə 2014-cü ildə BMT əməkdaşlarının Mərkəzi Afrika Respublikasında görüşündən sonra meydana çıxmışdı. Yaşları 7 və 9 olan qızla oğlan BMT əməkdaşlarına, bir qutu peçenye və bir şüşə su qarşılığında Fransanın sülhməramlı hərbçiləri ilə intim münasibətdə olduqlarını demişdilər. Biabırçı hadisənin uzun müddət davam etdiyi bildirilmişdi.Yaşları 14 ilə 16 arasında dəyişən 4 qız da Avropa İttifaqı Qüvvələrinə (EUFOR) bağlı əsgərlər tərəfindən cinsi istismara məruz qaldıqlarını bildiriblər. Qızlardan ikisi əsgərlər tərəfindən zorlandıqlarını, digər iki qız isə pul qarşılığında hərbçilərlə intim münasibətdə olduqlarını deyiblər.
Mənbə: Milli.Az