Qadin.NET / Nadir hallarda rast gəlinən xəstəliklər

Nadir hallarda rast gəlinən xəstəliklər

Nadir hallarda rast gəlinən xəstəliklər
Bu xəbərimizdə sizə dünyada olan və nadir hallarda yaranan xəstəliklər haqqında məlumat verəcəyik. 

1. Sirenomelia:

- "Su pərisi" sindromu adlanan bu xəstəlikdə uşaqların ayaqları anadangəlmə bitişik olur. Görünüşü su pərisini xatırlatdığı üçün ona bu ad verilib.

2. Proteus:

- Bu xəstəlikdə bədənin bəzi yerlərində anormal şəkildə böyümə olur və əməliyyatla belə dayandırılması mümkün olmur. Bu da bədənin deformasiyasına gətirib çıxarır.

3. Progeriya:

- Bu xəstəlik insanın vaxtından tez qocalması kimi özünü göstərir. Belə ki, bu xəstəliyə tutulan 3 yaşlı uşağın görünüşü 80 yaşlı insandan fərqlənmir.

4. Porfiria (vampir xəstəliyi):

- Vampir xəstəliyinə tutulan insanlarda dəri günəş şüalarına qarşı çox həssas olur. Günəşlə əlaqəyə girən zaman dəridə yanma və ağrı hiss olunur.

5. Mikropsi:

- Xəstəliyin digər bir adı isə "Alisa möcüzələr ölkəsində" sindromudur. Bu xəstəliyə tutulan insanlar ətrafındakı cisimləri olduğundan kiçik ölçüdə görürlər.

6.Esthesioneuroblastoma (ENB):

- Nadir olan və bir şiş səbəbi ilə meydana gələn xəstəlikdir. Xəstəliyə tutulanlar, əvvəlcə, dad və qoxu alma hissini itirir, daha sonra isə görmə qabiliyyətindən məhrum olur. Fransada bu xəstəliyə tutulan 53 yaşlı bir qadın evtanaziyasını (sağalmaz xəstəlikdən əziyyət çəkən insanı və ya heyvanı həyatdan məhrumetmə təcrübəsi) şəxsən prezidentdən istəyib. Ancaq onun bu istəyi qəbul olunmayıb. Sözügedən xəstəliyə 20 il ərzində cəmi 200 nəfərdə rast gəlinib.

7. Fil xəstəliyi:

- Fil xəstəliyi olaraq bilinən bu sindrom tropik bölgələrdə bəzi növ soxulcan sürfələrinin ağcaqanadlar vasitəsilə insan vücuduna yeridilməsi yolu ilə yaranır. Devid Linçin məşhur filmi olan "Fil adam" kinosunda da bu xəstəlikdən bəhs edilir.

8. Anevrizma:

- Dəri üzərində yaranan şişlərin böyüməsi və bədənə yayılması ilə yaranan nadir bir xəstəlikdir. Dünyada bu xəstəlikdə olan, sadəcə, bir neçə adam var.

9. Hematidrosis (qan ağlama xəstəliyi):

- Digər bir adı ilə "qan ağlama xəstəliyi" bəzi hallarda öz-özünə sağala bilir. Lakin bu problemi əməliyyat yolu ilə aradan qaldırmaq mümkündür.

10. F.O.P xəstəliyi:

- Bədəndəki əzələlərin sümüyə çevrilməsi nəticəsində yaranır.

11.Cotard sindromu (ölü adam sindromu):

- Ölü adam sindromu olaraq da bilinən bu xəstəlik psixoloji bir haldır. Bu xəstəliyə tutulan insan özünü ölü kimi hiss edir və çürüdüyünü, bədən üzvlərinin yerə töküləcəyini düşünür.

12. Akromegali:

- Bu xəstəlik əsasən bədəndə qol, ayaq və üzdə dayanmadan böyümə ilə müşahidə olunur.

13. "Ağac adam" xəstəliyi:

- Əl və ayaqlarda çıxan ziyillərin şişə çevrilməsi nəticəsində yaranır. Bu ad ona görünüşü ağacın kök və gövdəsinə bənzədiyi üçün verilib.

14. Alien hand sindromu (xarici əl sindromu):

- Bu sindroma tutulan insan əllərindən birinin hərəkətlərinə mane ola bilmir və əl öz-özünə hərəkət edir. Həkimlər hələ də bunun səbəbini müəyyən edə bilmirlər. 

Mənbə: Milli.Az

31 yanvar 2016
GO BACK