Qadin.NET / Prezidentdən gənclərə dəvət

Prezidentdən gənclərə dəvət

Prezidentdən gənclərə dəvət
"Mən Azərbaycanda istifadəyə verilən bir çox müəssisələrin açılışında şəxsən iştirak edirəm - həm Bakıda, həm bölgələrdə. Öz müşahidələrim və eyni zamanda, məndə olan məlumat onu göstərir ki, çox böyük layihələrin həm icrasında, həm də ondan sonra idarə edilməsində daha çox xarici mütəxəssislərə üstünlük verilir. Mən bunu normal qarşılayıram. Çünki Azərbaycan dünya iqtisadiyyatının bir parçasıdır. Xarici mütəxəssislər də burada olmalıdırlar, işləməlidirlər. Ancaq hesab edirəm vaxt tez gəlməlidir ki, Azərbaycan menecerləri bu işi öz öhdələrinə götürsünlər".
ANS PRESS-in məlumatına görə, bu sözləri prezident İlham Əliyev gənclərlə görüşündə vurğulayıb. Onun sözlərinə görə, ölkəmizdə 4-5 ulduzlu otellərin menecerləri xarici vətəndaşlardır. "Əlbəttə, bu, böyük dünya şəbəkələridir. Onların öz kadrları, öz menecment heyəti var. Onlar ölkədən-ölkəyə miqrasiya edirlər. Amma biz də elə kadr yetişdirməliyik ki, vaxt gəlsin, Azərbaycan menecerləri böyük şirkətlərin qlobal məsələlərində iştirak etsinlər", - deyə ölkə başçısı bildirib.

Mənbə: ANS PRESS

31 yanvar 2016
GO BACK