Milli.Az Axar.Az-a istinadən xəbər verir ki, bu sözləri uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkən aparıcı hacı Nuran ad günü haqda rəsmi İnstaqram səhifəsində yazıb.
O, vətən üçün darıxdığını bildirib:
"İndi özüm qürbət ölkədə, ürəyim vətəndə, gözlərim qapıda, ümidim göylərdə... Yenə də ad günü... Yenə də palata və mən... Lakin ölkəmin, xalqımın salamat və sabitliyi mənə bəsdir. Ölkə rəhbərimizlə bir olub, firavan həyat arzu edirəm hamınıza. Son vaxtlar bütün dünyada qeyri-sabit vəziyyət yaranıb, bəzi insanlar Allaha ümidlərini üzüb, özlərini maliyyə qurbanı eləyiblər. İnanın, həyat neft barreli, məzənnə ilə tərəziyə gəlmir.
İqtisadi sarsıntı həyatla mübarizədə gülməli görünür. Həyatı, insanları sevin. Hamıya isti sevgimdən qığılcımlar göndərirəm. Hələ ad günümə 24 saat qalmış Almaniyadakı telefon nömrəmə, sosial səhifələrimə 10 mindən çox ismarış, video və audio təbrik gəlib. Hamıya cavab verə bilməsəm də, hər kəsə dərin minnətdarlığımı bildirirəm".
Mənbə: Milli.Az