Qadin.NET / Di Kaprio nüfuzlu mükafata sahib oldu

Di Kaprio nüfuzlu mükafata sahib oldu

Di Kaprio nüfuzlu mükafata sahib oldu
Hollivud aktyoru Leonardo Di Kaprio Amerika kinoaktyorlar gildiyasının mükafatına layiq görülüb.ANS PRESS-in məlumatına görə, Di Kaprio bu mükafata "Sağ qalmış" filmindəki ən yaxşı kişi rolu nominasiyasında layiq görülüb. Bu nominasiyada onun rəqibləri Coni Depp, Maykl Fassbender, Eddi Reydmen və Brayan Krenston olublar.

Daha əvvəl akyor, həmçinin ən yaxşı dramatik kişi roluna görə "Qızıl Qlobus" və ABŞ kino tənqidçilərinin Critics' Choice premiyasını alıb. 
Aktyorun namizədliyi, həmçinin "Oskar" mükafatına irəli sürülüb. Di Kaprionun bu mükafatı alıb-almayacağı fevralın 28-də bilinəcək. 
Amerika kinoaktyorlar gildiyasının mükafatına layiq görülən digər aktyorlara gəldikdə isə bunlar "Otaq" filmində ən yaxşı aktrisa nominasiyasında Bri Larson, "Danimarkalı qız" filmində ən yaxşı ikinci plan aktrisası nominasiyasında Alisiya Vikander, "Köksüz heyvanlar" filmində isə ən yaxşı ikinci plan aktyoru nominasiyasında İdris Elba qalib gəlib.
"Diqqət mərkəzində" filminin aktyorları ən yaxşı aktyor heyəti adına layiq görülüb. 

Mənbə: Milli.Az

 

31 yanvar 2016
GO BACK