Qadin.NET / Fevralın 1-nə hava proqnozu

Fevralın 1-nə hava proqnozu

 

Fevralın 1-nə hava proqnozu

Fevralın 1-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, mülayim cənub-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturunun gecə 3-6°, gündüz isə 8-13° isti olacağı gözlənilir.

Azərbaycan rayonlarında, əsasən, yağmursuz, səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 0-5° isti, gündüz 8-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 4-9° isti olacağı gözlənilir.

Mənbə: Milli.Az

31 yanvar 2016
GO BACK