İşsizliyə görə müəyyən olunmuş müavinətin məbləği artırılacaq. Yaxın günlərdə Nazirlər Kabineti prezidentin müvafiq sərəncamı ilə bu qanuna dəyişiklik edəcək. Hazırda 55 manat olan məbləğin 30-40% artırılaraq, 71-77 manata çatdırılması nəzərdə tutulub.
ANS PRESS-in məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov açıqlama verib.
Sözügedən müavinət vaxtilə işləyərkən əmək müqaviləsi olan və işlədiyi müddətdə sosial sığorta ödəyən şəxslərə şamil olunur. Bu məsələ dövlətin “Məcburi sosial sığorta haqqında” qanunu ilə tənzimlənir. Qanunda o da qeyd olunub ki, işsiz olma sosial sığorta hallarından biri sayılır. Onun üçün ayrıca sosial sığorta tarifi olmasa da, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin büdcə vəsaitləri içərisində bu məqsəd üçün nəzərdə tutulan vəsait var.
Mənbə: ANS PRESS