Erməni silahlı birləşmələri səhər saatlarından başlayaraq yenidən atəşkəsi pozub. ANS PRESS-in məlumatına görə, qarşı tərəf Azərbaycanın nəzarətində olan yaşayış məntəqələrini atəşə tutub.
Ermənistan silahlı birləşmələrinin bu dəfəki hədəfi də dinc sakinlər olub. Əkin işləri ilə məşğul olanlar gülləbarana məruz qalıb. Atılan güllələrdən biri əkin sahəsini sulayan Ağdamın Təzəkənd qəsəbəsində məskunlaşmış Məhəmməd Fərəcovun kürək nahiyəsinə dəyib.
Aldığı güllə yarasından yerə yıxılan 59 yaşlı Məhəmməd Fərəcov təqribən 10 dəqiqə atəşin səngiməsini gözləmək məcburiyyətində qalıb. Daha sonra sürnərək sahədən çıxıb.
Mənbə: ANS PRESS