Qadin.NET / Dünyanı ağladan transfer

Dünyanı ağladan transfer

Dünyanı ağladan transfer
Türkiyənin "Tuzlaspor" klubu ibarətamiz addım atıb. 
ANS PRESS-in məlumatına görə, aşağı liqa təmsilçisi bir gözü görməyən Emre Azim üçün lisenziya alaraq peşəkar futbolçu edib.
18 yaşlı əlil futbolçu karyerasının ilk matçını Türkiyə Kubokunda "Fənərbaxça"ya qarşı keçirib. 90+2-i dəqiqədə meydana çıxan futbolçu peşəkarlıq yolunda ilk addımını atıb.
Emre Azim kiçik yaşlarında keçirdiyi bir qəza səbəbindən gözünün birini itirib. Lakin bu onun futbolçu olmaq arzusunu tükətməyib: "Gözümdəki problem anadangəlmə deyil. Belə ki, iki yaşımda bacım qələmlə oynayarkən bilmədən onu gözümə batırıb. Amma bu mənə problem yaratmır. Futbolu sevirəm, sona qədər oynamaq şansımı gözləyəcəm". 

Mənbə: ANS PRESS

23 yanvar 2016
GO BACK