Qadin.NET / Neft bahalaşmağa başladı

Neft bahalaşmağa başladı

 

Neft bahalaşmağa başladı

Dünya bazarlarında neftin qiymətində bahalaşma müşahidə olunur.

 

Milli.Az ANS PRESS-ə istinadən xəbər verir ki, ötən gün 29.68 dollar olan "Brent" markalı neftin qiyməti 2 dollardan çox bahalaşaraq 32.18 dollar olub. Ötən gün səhər 29.87 dollar olan "Texas" markalı neftin bir barelinin qiyməti də bahalaşaraq 32.19 dollarda qərarlaşıb.Ötən gün "AzəriLayt" markalı neftin bir barelinin qiyməti isə 1,65 dollar bahalaşaraq 30.47 dollar təşkil edib.Əlvan metalın qiymətində cüzi bahalaşma müşahidə edilib. "Bloomberg"in məlumatına görə, qızılın 1 qramı 35,25 dollardır. Platinin 1 qramı 26.76 dollar, Palladiumun 1 qramı isə 15.98 dollardır. Gümüşün qiyməti cüzi ucuzlaşma ilə 1 qram üçün 0.45 dollar müəyyənləşib.AMB-dən verilən məlumata görə, məlumata görə, yanvarın 25-də USD/AZN rəsmi məzənnəsi 1,6054 səviyyəsində müəyyən olunub. Yanvarın 25-ə olan məzənnə 23-24 yanvar tarixində də qüvvədə olacaq.

Mənbə: Milli.Az

23 yanvar 2016
GO BACK