Milli.Az Daily Mail-ə istinadən bildirir ki, ilk qayığın batması nəticəsində 7 nəfər həlak olub. Onların biri qadın, altısı isə uşaqdı.Digər qayığın çevrilməsi nəticəsində 36 miqrant batıb. Onların arasında 11 uşaq və 6 qadın vardı. Daha sonra 3 uşağın cəsədi Türkiyə sahillərində tapılıb.Beləliklə, ilin əvvəlindən bəri Aralıq dənizində batan miqrantların sayı 100 nəfərə çatıb.Həddən artıq böyük təhlükəyə rəğmən, hər gün Türkiyə sahillərindən yunan adalarına təxminən 2 min miqrant yollanır.Türkiyə Sahil Mühafizəsi Xidmətindən verilən məlumata görə, 49 miqrantı daşıyan rezin qayıq Yunanıstanın Farmakonisi adasının yaxınlığındakı Kalimnos adasınıın yanında batıb.Sağ qalmış miqrantlardan birinin dediyinə görə, qayıq Türkiyənin İzmir şəhərinin sahilini gecə saat 3-də tərk edib, 5 saatdan sonra dənizdə çevrilib. Faciədə 34 nəfər -16 qadın, 7 kişi və 11 uşaq - batıblar."Yunan adasına yollanmaq üçün hər birimiz 2500 dollar vermişdik. Uşaqların hər biri üçün 1250 dollar almışdılar", - miqrant deyib.
Mənbə: Milli.Az