Qadin.NET / Manatın taleyi ilə bağlı yeni xəbər

Manatın taleyi ilə bağlı yeni xəbər

 

Manatın taleyi ilə bağlı yeni xəbər

5-6 aya manatın məzənnəsində sabitləşmə baş verəcək. ANS PRESS-ə müsahibəsində bu barədə “3-cü baxış” beyin mərkəzinin rəhbəri Rauf Rəcəbov bildirib. 
Ekspertin dediyindən belə başa düşülür ki, Azərbaycan Mərkəzi Bankı indən belə manatın məzənnəsinə qarışmayacaq, yəni kəskin devalvasiya baş verməyəcək və qiymət dəyişmələri kommersiya banklarının apardığı valyuta alqı-satqısı nəticəsində baş verəcək: 
“Mərkəzi Bank tərəfindən həyata keçirilən devalvasiya texniki devalvasiyadır. Amma kommersiya banklarına da üzən məzənnə ilə valyuta alqı-satqısına icazə verilib. Buna görə də manatın məzənnəsində dəyişmə 5-6 ay da davam edəcək və sonra sabitləşmə baş verəcək. Düzdür, manat bu müddət ərzində bir qədər də ucuzlaşacaq, amma bu, kəskin devalvasiya nəticəsində deyil, üzən məzənnə prosesində baş verəcək”. 

 

Mənbə: ANS PRESS

22 yanvar 2016
GO BACK