Tacikistanda hökumət ölkənin təhlükəsizliyini təhdid etdiklərini düşündükləri radikal dindarlarla mübarizəni genişləndirib. ANS PRESS-in məlumatına görə, son bir həftədə 13 min kişinin saqqalı zorla kəsilib. Polis
1700 qadını isə baş örtüyünü çıxarmağa inandırıb.
Qara çarşab geyinən 89 qadın isə fahişəliklə məşğul olmaqda ittiham edilərək tutulub.
Qara çadra satan 169 mağaza bağlanıb. Ölkə mətbuatında yer alan məlumata görə, bu tədbirlər ölkəni yad təsirlərdən qorumaq məqsədi ilə keçirilib.
Saqqal kəsmə "yad mədəniyyətə" qarşı mübarizənin bir hissəsidir.
Ölkə prezidenti Emomali Rahmon da yad mədəniyyətin dalınca getməməmyi məsləhət görmüşdü. "Başqalarının dəyərləri qarşısında əyilməyin. Qara geyimlər yox ənənəvi görünüş və biçimli geyimlər geyinin". O, deyib ki, tacik qadını hətta matəm zamanı da qara yox ağ geyimdə olub.
Bundan başqa ötən həftə tacik parlamenti yeni diğulan uşaqlara ərəb mənşəli adların verilməsini qadağan etmişdi.
Mənbə: ANS PRESS