Görüşdə Azərbaycan ilə TOTAL şirkəti arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri müzakirə edildi. Söhbət zamanı “Abşeron” qaz yatağının işlənilməsi və digər layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.Dövlət başçısının həmçinin Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvab ilə görüşü olub. Söhbət zamanı Dünya İqtisadi Forumunun əhəmiyyəti qeyd edildi, Azərbaycanın bu mötəbər tədbirdə fəal və davamlı iştirakı məmnunluqla vurğulandı. Həmçinin “İpək Yolu”layihəsinə dair məsələlər müzakirə olundu, hazırkı dövrdə regional və beynəlxalq aləmdə neftlə bağlı gedən proseslər ətrafında müzakirələr olub.
Görüşdə Klaus Şvab Dünya İqtisadi Forumunda onuncu dəfə iştirak etdiyinə görə Davos fəxri üzvlər klubunun nişanını Prezident İlham Əliyevə təqdim edib.
Mənbə: ANS PRESS