Moldovanın paytaxtı Kişinyovda 10 minlərlə insan küçələrə axın edib. Antihökumət etirazçıları bir araya toplanaraq paytaxtın əsas magistralında hərəkəti dayandırıblar. Etirazçılar bu azmış kimi daha sonra parlament binasını mühasirəyə alıblar.
ANS PRESS-in məlumatına görə, şəhərin mərkəzinə axın edənlər, əsasən regionlardan mikroavtobuslarla gələn etirazçılardır. Hökumət etirazçıları danışıqlar masasında əyləşməyə çağırıb. Lakin buna baxmayaraq nümayişçilər baş nazir və prezidentin istefası, həmçinin növbədənkənar seçkilərin keçirilməsini tələb ediblər.Etirazlar yanvarın 20-dən Moldova parlamentində yeni hökumətin təsdiq edilməsi prosesindən sonra başlayıb. Belə ki prezidentin baş nazir postuna Pavel Flipi təyin etməsi bir qrup vətəndaşların narazılığına səbəb olub. Müxalifətin yüzlərlə tərəfdaşı yeni kabineti qanunsuz hesab edərək hökumət binasına hücum ediblər. Parlamentin qarşısında baş vermiş iğtişaşlar nəticəsində 15 nəfər xəsarət alıb. Onlar prezidenti istefaya səsləyiblər.
Mənbə: ANS PRESS