Qadin.NET / İlham Əliyev: "İqtisadiyyatımız stabildir"

İlham Əliyev: "İqtisadiyyatımız stabildir"

İlham Əliyev: "İqtisadiyyatımız stabildir"
Prezident İlham Əliyev Davos Forumu çərçivəsində “Yeni enerji tarazlığı” adlı panel müzakirəsində çıxış edib.
ANS PRESS-in məlumatına görə, İlham Əliyev çıxışında neftin qiymətinin düşməsindən danışıb. Prezident bildirib ki, dünya birjalarında neftin qiymətinin daha da ucuzlaşması təəccüblü olmayacaq.
Prezident neftin qiymətinin bu səviyyədə düşməsini gözlənilməz adlandırsa da, Azərbaycanın iqtisadiyyatının stabil olduğunu deyib.
"Bizim kifayət qədər ehtiyatlarımız var. Mövcud vəziyyəti kompensasiya edə bilərik. Amma uzun zaman belə davam etsə, bizim büdcəyə böyük təsiri olacaq”.

Mənbə: ANS PRESS

21 yanvar 2016
GO BACK