Milli.Az Publika.Az-a istinadən bildirir ki, yaş salfetlərin tərkibindəki spirt və ətrin bir sıra dəri xəstəliklərinə, o cümlədən də allergiyaya səbəb ola biləcəyi açıqlanıb.
Yaş salfetlər dəridə qızartıya, quruyub tökülməsinə gətirib çıxara bilər.
Həkimlər, xüsusilə də uşaqlarda yaş salfetlər əvəzinə islanmış pambıqdan istifadə etməyi məsləhət görürlər. Ağız və göz ətrafının təmizliyində daha diqqətli olmaq lazımdır. Eqzema xəstələri, ümumiyyətlə, belə məhsullardan imtina etməlidirlər. Əgər yaş salfetdən istifadəni tərgidə bilmirsinizsə, heç olmasa, tərkibində ətir və spirt olmayan, keyfiyyətli salfet alın. Restoranlarda verilən, üzərində istehsal və son istifadə tarixi yazılmayan yaş salfetdən istifadə etməyin.
Mənbə: Milli.Az