Qadin.NET / ABŞ Azərbaycan Ordusunu ən güclülər siyahısına saldı

ABŞ Azərbaycan Ordusunu ən güclülər siyahısına saldı

ABŞ Azərbaycan Ordusunu ən güclülər siyahısına saldı
Azərbaycan Ordusu dünyanın ən güclüləri siyahısına düşüb. ANS PRESS-in məlumatına görə, Amerika nəşri olan "U.S. News and World Report" bu barədə məlumat yayıb.
Reytinq siyahısı Azərbaycan dövlət başçısının da iştirak etdiyi Davos iqtisadi forumunda açıqlanıb. İlk üçlükdə ABŞRusiya və Çin yer alıb. 
ABŞ-ın hərbi xərcləri ümumdaxili məhsulun 3,5 faizini təşkil edir. İkinci olan Rusiyanın xərcləri 4,5 faizdir. İlk üçlüyü qapadan Çin isə 2,1 faiz göstəriciyə sahibdir. Onların ardıncaAlmaniya və Böyük Britaniya gəlir. 
Azərbaycan siyahıda 38-cidir. Ölkəmiz Macarıstan, Rumıniya, Çexiya, Malayziya kimi ölkələri qabaqlayıb. 

Mənbə: ANS PRESS

21 yanvar 2016
GO BACK