Qadin.NET / "Qarabağ" macarları darmadağın etdi

"Qarabağ" macarları darmadağın etdi

"Qarabağ" macarları darmadağın etdi
Antalyada təlim-məşq toplalanışında olan "Qarabağ" bu gün ikinci yoxlama matçını keçirib. 
ANS PRESS-in məlumatına görə, baş məşqçi Qurban Qurbanov yetirmələrini bu dəfə macarlarla oyunda sınayıb.
Belə ki, "Qarabağ"ın rəqibi Macarıstanın "Diosqyori" klubu olub. Oyun təmsilçimizin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Qarabağ"a qələbə qazandıran qollardan ikisinə yeni transferlər Muarem Muarem və Rahid Əmirquliyev imza atıb. Digər iki qolu isə rəqib qapısından Maksim Medvedevlə Mahir Mədətov keçirib.Macarıstanın eyniadlı şəhərini təmsil edən komanda qədim tarixi ilə öyünə bilər. 105 yaşlı kollektivin uğurları isə yaşı ilə tərs mütnasibdi. Belə ki, əsası 1910-cu ildə qoyulmuş komandanın ən böyük uğuru 1977/78 mövsümündə qazandığı bürünc medaldı. 2014/15 mövsümündə Avroliqada çıxış etmiş kollektivin yeganə uğuru 3-cü mərhələyə yüksəlməkdi. Macarıstan birinciliyində ötən mövsümü 7-ci sırada bitirən “Diosqyori” hazırda davam edən çempionatda isə 4 oyundan sonra 3 xalla 11-ci yerdə qərar tutub.
Qeyd edək ki, "Qarabağ" Antalyada ilk oyununu Almaniyanın "Rot-Veyss Essen" klubuna qarşı keçirib və 1:0 hesablı qələbə qazanıb. Azərbaycan çempionu yanvarın 23-də "Admira Vakker" (Avstriya) və "Yaqelloniya" (Polşa) ilə qarşılaşacaq.
Antalya
Yoxlama oyunu
20 yanvar
Qarabağ (Azərbaycan) - Diosqyori (Macarıstan) 4:0
Qollar: Maksim Medvedev, 29. Muarem Muarem, 52. Rahid Əmirquliyev, 58. Mahir Mədətov, 73.
"Kaya Palazzo" otelinin meydançası.

Mənbə: ANS PRESS

20 yanvar 2016
GO BACK